Ceyms Uorlik: "Danışıqların məhsuldar olacağını gözləyirik"

Ceyms Uorlik: "Danışıqların məhsuldar olacağını gözləyirik"
# 24 sentyabr 2015 06:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

APA-nın məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR