Bakı sakini naməlum şəraitdə güllələnərək qətlə yetirilib

Bakı sakini naməlum şəraitdə güllələnərək qətlə yetirilib
# 11 fevral 2013 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Bakı şəhər sakini, 1985-ci ilə təvəllüdlü Yusif Əliyev naməlum şəxs tərəfindən güllələnərək qətlə yetirilib. Onun meyiti Bakıxanov qəsəbəsi ərazisindəki gölün kənarında aşkar edilib. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR