Bakıda minik avtomobili “KAMAZ”a çırpılıb, ölən var

Bakıda minik avtomobili “KAMAZ”a çırpılıb, ölən var
# 16 mart 2013 17:46 (UTC +04:00)

Bakı-APA. Bakıda ağır yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yol kənarında dayanan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə təhlükəsizlik qaydalarına riayət olunmaqla sürücünün meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR