İranda iki gündə 23 nəfər edam edilib

İranda iki gündə 23 nəfər edam edilib
# 09 noyabr 2012 07:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Şirazda saxlanılan 7 məhbusdan ümumilikdə 148.8 kiloqram tiryək, 51 kiloqramdan çox heroin götürülüb.

Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 8 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra icra edilib.

Məhbuslardan 5-i Şirazda əhalinin gözü qarşısında, 2-si Şirazın Adilabad həbsxanasında, 1-i isə Məşhəd həbsxanasında asılıb.

İranın İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, noyabrın 7 və 8-də İranda 23 nəfər edam edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR