Azərbaycanla Qazaxıstan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmaq niyyətindədir

Azərbaycanla Qazaxıstan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmaq niyyətindədir
# 10 dekabr 2014 10:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan-Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 mlrd. dollara çatdırılması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı razılıq əldə olunub.

APA-Economics” xəbər verir ki, bunu Qazaxıstanın “KazTaq” İnformasiya agentliyinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.

“2013-cü ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 371 mln. dollar təşkil edib. Yaxın zamanlarda bu göstəricinin 500 mln. dollar təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, ticarət dövriyyəsinin 1 mlrd. dollara çatdırılması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı razılıq əldə olunub”, - deyə səfir bildirib.

Xatırladaq ki, Qazaxıstan 2002-2013-cü illər ərzində Azərbaycanda əsas kapitala 5,2 mln. dollar sərmayə yatırıb.

Bununla yanaşı, son 2 ildə Azərbaycan tərəfindən Qazaxıstan iqtisadiyyatına birbaşa 132 mln. dollar həcmində investisiya yatırılıb. Hazırda Azərbaycanda Qazaxıstanın iştirakı ilə 52 şirkət fəaliyyət göstərir, Qazaxıstanda isə Azərbaycan kapitallı 723 müəssisə qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR