Çempionlar Liqası: İlk gündə ev sahibləri qalib gəlib

Çempionlar Liqası: İlk gündə ev sahibləri qalib gəlib
# 30 iyul 2014 07:52 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” və digər klubların bu gün mübarizəyə başlayacağı mərhələyə Çexiyada start verilib. Burada “Sparta” “Malmö”nü qəbul edib.

Digər iki matç da Avropanın şərqində keçirilib. Slovakiya və Macarıstan çempionları postsovet məkanı təmsilçilərini sınağa çəkib. Hər 3 qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Sparta” (Çexiya) - “Malmö” (İsveç) - 4:2
“Slovan” (Slovakiya) - “Şerif” (Moldova) - 2:1
“Debretsen” (Macarıstan) - BATE (Belarus) - 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR