Deputatın kəndlərdə qəbulları davam edir

 Deputatın kəndlərdə qəbulları davam edir
# 15 iyul 2016 09:14 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşlərini davam etdiirir.

Deputatın qərargahından APA-ya bildirilib ki, bu ilin əvvəlindən indiyədək millət vəkilinin 40-a yaxın belə qəbulu keçirilib. Qəbullar nəinki İsmayıllı şəhərində, həmçinin, kədlərdə, hətta ucqar dağ kəndlərində də keçirilir.

İyulun 14-də millət vəkilinin növbəti belə qəbulu İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kənlərində təşkil olunub. Qəbula qonşu Minkə kənd sakinləri də gəliblər. Sakinlər əsasən kəndin qaz, içməli su, subartezian quyusundakı problemləri, həmçinin kənd yolunun yarasız olduğunu deputatın diqqətinə çatdırıblar. Millət vəkili qaldırılan məsələlərlə bağlı müvafiq qurumlara müraciət edəcəyini seçicilərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR