Dövlət Əmək Müfəttişliyi Xidməti 5,6 mindən çox şəxsi 3,6 mln. manatlıq cərimələyib

Dövlət Əmək Müfəttişliyi Xidməti 5,6 mindən çox şəxsi 3,6 mln. manatlıq cərimələyib
# 01 oktyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin 9 ay ərzində 13 150 əmək qanunvericiliyini pozulması faktı aşkar edilib.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.

F. Əlizadə bildirib ki, qanunvericiliyin pozulması hallarının 85%-ə qədəri müsbət həllini tapıb, 15%-nin icrası nəzarətə götürülüb.

"Qeyd olunan dövr ərzində 5 635 hüquqi və fiziki şəxslər cərimə olunub. Ümumilikdə cərimə məbləği 3,6 milyon manat təşkil edib", - deyə qurum rəhbəri bildirib.

Onun sözlərin görə, vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 mln. olub ki, bunun da 86%-ı əmək haqlarının gecikdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR