Ermənistanın iqtisadiyyat naziri: “Avrasiya İqtisadi Birliyinə qoşulmağımız barədə müqavilədə Dağlıq Qarabağ haqqında heç nə deyilmir”

Ermənistanın iqtisadiyyat naziri: “Avrasiya İqtisadi Birliyinə qoşulmağımız barədə müqavilədə Dağlıq Qarabağ haqqında heç nə deyilmir”
# 15 oktyabr 2014 14:10 (UTC +04:00)

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bildirib.

Jurnalistlərin Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yaradılıb-yaradılmayacağı barədə suala cavab verən K. Çşmarityan qeyd edib ki, müqavilədə bu barədə heç nə deyilmir: “Ermənistan Respublikasının imzaladığı bütün beynəlxalq sənədlər müstəsna şəkildə yalnız Ermənistan Respublikasına şamil olunur”.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sənəd oktyabrın 10-da imzalanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR