Ketrin Eşton: “İranla “altılıq” ölkəri arasında nüvə müzakirələri indi real və dəqiqdir”

Ketrin Eşton: “İranla “altılıq” ölkəri arasında nüvə müzakirələri indi real və dəqiqdir”
# 17 mart 2013 04:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkəri arasında nüvə müzakirələri indi real və dəqiq şəraitdə keçirilir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, İranla danışıqlar aparılması üçün “altılıq” ölkərinə rəhbər təyin edildiyi zaman müzakirələrdə heç də reallıqlardan danışılmırdı: “Ancaq indi biz həm tam reallıqdan danışırıq, həm də məsələni diqqətlə müzakirə edirik”.

Qeyd edək ki, fevralın 26-27-də Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçirilmiş görüşdə bu il martın 16-17-də Türkiyənin İstanbul şəhərində ekspertlər səviyyəsində görüşün təşkili barədə razılıq əldə edilib. Ancaq bəlli olmayan səbəblərdən həmin görüş martın ikinci yarısına təxirə salınıb. Tərəflər arasında nüvə müzakirələri isə aprelin 5-də Almatıda keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR