Əfqanıstanda 35 Taliban yaraqlısı məhv edilib

Əfqanıstanda 35 Taliban yaraqlısı məhv edilib
# 03 sentyabr 2014 09:48 (UTC +04:00)

Bakı - APA. Əfqanıstanda 35 Taliban yaraqlısı məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində Əfqanıstanın Nəngarhar, Bəlx, Qəndəhar, Vardak, Paktiya, Helmand və Kapisa əyalətlərində həyata keçirilən əməliyyatlarda 18 nəfərin yaralanıb və 2 nəfər əsir götürülüb.

Ölənlər arasında Talibanın yerli qruplaşmasının komandirlərinin də olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR