Ukrayna XİN: Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən "seçkilər"in hüquqi nəticəsi ola bilməz - VİDEO

Ukrayna XİN: Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən "seçkilər"in hüquqi nəticəsi ola bilməz - <span style="color: red;">VİDEO
# 04 may 2015 13:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir". APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR