Gürcüstanın reinteqrasiya naziri: “Etnik azlıqlar məsələsində yeni və köhnə hakimiyyətin fikirləri üst-üstə düşür” - FOTO

Gürcüstanın reinteqrasiya naziri: “Etnik azlıqlar məsələsində yeni və köhnə hakimiyyətin fikirləri üst-üstə düşür” - <span style="color: red;">FOTO
# 01 dekabr 2012 13:15 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. “Yeni və keçmiş hakimiyyət arasında fundamental fərqlər var. Bunu cənab Saakaşvili də deyib. Lakin elə məsələlər var ki, bizim aramızda fərq yoxdur”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili azərbaycanlı QHT nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, etnik azlıqlar barədə məsələlərdə yeni və köhnə hakimiyyətin fikirləri üst-üstə düşür: “Etnik azlıqlarla münasibətlərdə inkişaf olduğunu danmaq mümkün deyil. Bu istiqamətdə addımlar atılıb, amma bir çox məsələlərin həlli hələ də qalıb. Biz bu inkişafla kifayətlənə bilmərik. Etnik azlıqlarla bağlı problemlər yekunlaşmayıb. Düşünürəm ki, bu sahədə iradlar və suallar həmişə olacaq”.

Dövlət naziri ölkədə yaxşı müxalifətin yarandığını və buna baxmayaraq, Gürcüstanda gedən prosesləri xaricdə hərənin bir cür qiymətləndirdiyini söyləyib: “Ölkəmizdə yaxşı müxalifət yaranıb. Çox təəssüf ki, bu müxalifət konstruktiv hərəkət etmir. Bu, mənim fikrimdir. Müxalifət üzvləri pusquda duraraq, bizim mənfi hərəkətlərimizi güdür və bunu tapdıqda sevinirlər. Əlbəttə, mənfiliklər var, ideal heç nə yoxdur. Biz tənqiddən çox yalançılıq görürük. QHT nümayəndələrindən konstruktiv təkliflər gözləyirik. Biz konflikt və inteqrasiya ilə ciddi məşğul olmaq istəyirik. Nə qədər ki, əhali doğma ölkəsində özünü inteqrasiya olunmuş hesab etmir, biz heç bir konflikti həll edə bilmərik. Əgər biz azərbaycanlıların, ermənilərin, dini azlıqların problemlərini həll edə bilməsək, bizə abxaz və osetinlərlə dil tapmaq çox çətin olacaq. Mən bu sözləri həmişə demişəm. Nə vaxt ki, Gürcüstan üçün çətinlik var idi, azərbaycanlılar və ermənilər bu ağır şəraitə dözdülər və Gürcüstan üçün problem yaratmadılar. Biz bu insanlara təşəkkürümüzü bildirməli, onlara tərəf dönüb deməliyik ki, sizin problemlərinizi həll etməyə həmişə hazırıq. Qarşımızda çox çətin və həlli vacib məsələlər durur. Bizə QHT-lərin köməyi, konstruktiv tənqidi və təklifləri lazımdır. Biz istəyirik ki, sizə lazım olan perspektiv məsələləri bizə açıqlayasınız ki, biz də onların həllini dəstəkləyək. Bizə dırnaqarası əməkdaşlıq lazım deyil. Biz hökumət və qeyri-hökumət sektoru arasında sıx əlaqələr yaratmaq istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR