Bank Of Baku

Göyəzən dağında 150 m yüksəklikdə köməksiz qalan iki nəfər xilas olunub

Göyəzən dağında 150 m yüksəklikdə köməksiz qalan iki nəfər xilas olunub
# 18 aprel 2018 10:31 (UTC +04:00)

Qazax rayonunda dağda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.

 

Yerin çətin keçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyətdə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparıb, daha sonra ikisi təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib.

 

Əməliyyat uğurla başa çatıb.​

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR