SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib

SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib
# 08 iyun 2015 12:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey" "Petkim Petrokimya Holding A.Ş."də sahib olduğu səhmləri satmaq fikrindən daşınıb.

"APA-Economics"in "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Fond Birjasının xəbər platformasında yer alan xəbərdə bildirilir.

Məlumatda qeyd edilir ki, şirkət bu addımı maliyyə bazarlarındakı qeyri-müəyyənliklər səbəbindən atıb.

Qeyd edək ki, bir müddət əvvəl holdinqin səhmlərinin 1,6%-nin "BCM Global Fund" şirkətinə satılacağı ilə bağlı elan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR