Bank Of Baku

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
# 18 aprel 2018 09:39 (UTC +04:00)

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 17-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Üçtəpə kənd sakini Əli Nağıyevin idarə etdiyi “QAZ-33213” markalı mikroavtobus və Maşlıq kənd sakini Rauf Əliyevin idarə etdiyi “QAZ-330211” markalı yük avtomobili toqquşub.

 

Nəticədə R.Əliyevin sərnişini, Masallı rayon sakini Mehman Qəfərov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR