Bakıda zəncirvarı qəza baş verib, 2 nəfər ağır yaralanıb - FOTO - VİDEO

Bakıda zəncirvarı qəza baş verib, 2 nəfər ağır yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2014 04:45 (UTC +04:00)

APA-nın məlumnatına görə, hələlik sürücüsü məlum olmayan “Mercedes” markalı avtomobil Mir Cəlal Paşayev küçəsi ilə üzü avtovağzal istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Sürücü avtomobili əvvəlcə qarşısında hərəkətdə olan “Daewoo Damas”-a çırpıb. Hər iki avtomobil yoldakı arakəsməni aşaraq yolun əks istiqamətinə düşüb. Qəzaya səbəb olan "Mercedes" daha sonra yol kənarında dayanan başqa bir "Mercedes"ə, o da eyni markalı başqa 2 "Mercedes"ə çırpılıb. Zərbə güclü olduğundan "Mitsubishi" yə dəyən " Daewoo "un sürücüsü ön şüşədən çıxaraq təqribən 10 metr kənara düşüb. "Mitsubishi"nin sürücüsü isə, ağır vəziyyətdə ətrafdakıların köməyi ilə maşından çıxarılıb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına aparılıb.

Qəzanın baş verdiyi əraziyə Binəqədi Rayon Polis idarəsinin əməkdaşları gəliblər. Qəzanı törədən sürücü polis idarəsinə, yararsız vəziyyətə düşmüş avtomobillər isə cərimə meydançasına aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR