Qüdrət Həsənquliyev Milli Şura üzvünü polis haqqında mənfi rəy yaratmaqda ittiham edib

Qüdrət Həsənquliyev Milli Şura üzvünü polis haqqında mənfi rəy yaratmaqda ittiham edib
# 28 oktyabr 2014 11:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Şuranın üzvünü Azərbaycan polisi ilə bağlı mənfi rəy yaratmaqda ittiham edib.

APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən Q. Həsənquliyev “Polis haqqında” qanuna dəyişiklərin müzakirəsi zamanı bildirib ki, Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan polisini gözdən salmaqla məşğuldur.

O qeyd edib ki, E. Quliyev, ümumiyyətlə, Azərbaycanda təxribat yaratmağa cəhd edənlərdəndir: “Bu adam yaxşı niyyətli deyil. İndi də polisləri gözdən salmaq istəyir. Haqlı olaraq daxili işlər naziri onu məhkəməyə verib. Bunlar vaxtilə mərhum eks-prezident Əbülfəz Elçibəydən də gizli iş görən şəxslərdir. Eldəniz və ətrafı əsl xəyanətkarlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR