“Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq” İctimai Birliyinin “Kapital Bank”a qarşı iddiası əsasında məhkəmə başlayıb

“Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq” İctimai Birliyinin “Kapital Bank”a qarşı iddiası əsasında məhkəmə başlayıb
# 30 iyun 2015 10:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün 1 saylı İnzibati-İqtisad Məhkəməsində “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq” İctimai Birliyinin “Kapital Bank” ASC-yə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə tərəflər dinlənilib. Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, ictimai birlik hərəkətlərin qanunsuz hesab edilməsi, öhdəliklərin icrası və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İctimai birlik dəymiş 10 min manat məbləğində ziyanın bankdan tutularaq birliyin xeyrinə ödənilməsini də məhkəmədən xahiş edib.

İddia ərizəsində göstərilib ki, bank hesabında pul olmasına baxmayaraq bank tərəfindən hesabdan pul çıxarılmasına, hər hansı bank əməliyyatı aparılmasına qadağa qoyulub. Nəticədə birliyin iş fəaliyyəti iflic vəziyyətə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR