“NBC Bank” I rübü zərərlə başa vurub

“NBC Bank” I rübü zərərlə başa vurub
# 30 aprel 2015 08:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “NBC Bank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 141,928 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,31% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,19% artaraq 118,128 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 1,02% artaraq 7,030 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 5,75%-ə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 49,88% artaraq 85,641 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 33,37% artaraq 50,572 mln. manata çatdığı halda, nizamnamə kapitalı 27,42% artaraq 46 mln. 560 min manat təşkil edib.

Cari ilin ilk üç ayını “NBC Bank” 586 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR