DSMF: Ramazan bayramı ərəfəsində əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb

DSMF: Ramazan bayramı ərəfəsində əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb
# 15 iyul 2015 11:38 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-ə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 293,060 min nəfər təşkil edir. Onların 60,4%-ini yaşa görə, 28,6%-ini əlilliyə görə, 11%-ini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR