Azərbaycanın çaylarında suyun səviyyəsi artıb

Azərbaycanın çaylarında suyun səviyyəsi artıb
# 08 fevral 2013 16:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir.

Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 75 sm, Şirvanda 82 sm, Bankədə 21 sm, Araz çayının Novruzlu məntəqəsində 61 sm artım qeydə alınıb. Salyanda son 3 gün ərzində suyun səviyyəsində əsasən azalma müşahidə olunsa da, fevralın 8-də suyun səviyyəsində 20 sm artım baş verib. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR