Bakı. Nizam Rza APA Bu gün Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində, “Yeddi Gözəl” adlanan yerdə 40-50 yaşlı kişi özünü 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. Həmin şəxs hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri çalışır. İntihar edən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.