Azərbaycanda bank əməkdaşı barəsində cinayət işi başlanıb

Azərbaycanda bank əməkdaşı barəsində cinayət işi başlanıb
# 28 mart 2013 16:02 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Access Bank” QSC-nin “20 Yanvar” filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib.

Belə ki, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR