Serj Sarkisyan: “Dağlıq Qarabağı tanımaq bizə xeyir verməz”

Serj Sarkisyan: “Dağlıq Qarabağı tanımaq bizə xeyir verməz”
# 19 mart 2013 12:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Ağıllı siyasi xadim hər hansı qərar qəbul etməzdən əvvəl bu qərarın fəsadları barədə düşünməlidir. İstəyirəm, biz hamımız düşünək ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyin tanınması Ermənistan və Dağlıq Qarabağda yaşayan insanlara nə verəcək?” APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərlə görüşündə prezident Serj Sarkisyan deyib. O bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə, 20 ildən çox sürən sülh danışıqlarına son qoyulmasına gətirib çıxaracaq: “Bu, danışıqların digər tərəfi və Minsk Qrupunda təmsil olunan bütün ölkələr üçün sanki bir sillə olar. Bəs birdən müharibə baş versə, biz bütün dünyaya qarşı mübarizə aparmalıyıq? İndi isə deyin, Dağlıq Qarabağ Respublikasının tanınması orada yaşayan insanlara nə verəcək? Bu, ritorik sualdır. Belə bir qərar qəbul olunsa Ermənistanın, bizim əsgərlərin həyatı daha təhlükəsiz olacaq? Ölkəmizin beynəlxalq nüfuzu artacaq? Düşünmürəm ki, belə bir addımın atılması vətəndaşlara xeyir verəcək”.

S. Sarkisyanın əlavə edib ki, Ermənistan “DQR”i Azərbaycan müharibəyə başlayacağı təqdirdə tanıya bilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR