Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib
# 18 fevral 2013 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 982 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 520 bəndədək, Nasdaq 0,2% - 3 192 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına sənaye istehsalının yanvarda azalması barədə məlumat və korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 15-də FTSE 100 indeksi 0,3% - 6 348 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 615 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 672 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 609,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3360 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR