Heydər Əliyev Sarayında gənc ifaçıların konserti keçiriləcək - FOTO

Heydər Əliyev Sarayında gənc ifaçıların konserti keçiriləcək - <span style="color: red;">FOTO
# 11 aprel 2013 11:00 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA Aprelin 23-də Heydər Əliyev Sarayında “Gənc ifaçılar böyük səhnədə” adlı konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert proqramında gənc müğənnilər Nicat Məhərrəmli, Yaşar Cəlilov, Şölə, Kamil Cəfərov, Nurlan Təhməzli, Günay İbrahimli, Türkan Əmiraslanova, Məryəm Kərimova, Pərviz Abdullayev, Pərvaz İbrahimli, gənc muğam ifaçıları Orxan Hüseynli, Nurlan Namazov, gənc aşıqlar Dilbər Əliyeva, Elvin Mehmanlı çıxış edəcəklər.

Həmçinin “N-Brothers”, ”Şadan”, “Cahan” qruplarının, “Asiman” və “Crazy eyes” rəqs qruplarının, skripka ifaçısı Cavid Musayev, qarmon ifaçısı Anar Abbasovun da çıxışları olacaq. Saat 19:00-da başlayacaq konsertin bilet qiymətləri 10-30 manat arasındadır.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR