Azərbaycanda xidmətlər indeksi kəskin artıb

Azərbaycanda xidmətlər indeksi kəskin artıb
# 19 aprel 2013 07:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin mart ayı üzrə 126,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayı ilə müqayisədə 50,6 faiz bəndi çoxdur.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, indeks artaraq 100% həddini üstələyib. İndeksin 100%-dən çox olması isə hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

Belə ki, mart ayında əhaliyə 515,7 mln. manat həcmində pullu xidmətlər göstərilib, fevral ayında isə bu həcm 407,3 mln. manata enib. Müqayisə üçün bildirək ki, yanvar ayında bu göstərici 536,1 mln. manata bərabər olub.

Ümumilikdə, yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1,459 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7,5% çoxdur. Xidmətlər ÜDM-də 11,3%-lik paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR