Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən iyulun 15-də narkotik vasitə ilə tutulmuş Təvəkgül Həsənovun yaşadığı evə baxış zamanı 4 kiloqram 460 qram marixuana aşkar edilərək götürülüb.