Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Qələbə estafeti” Türkmənistandan Azərbaycana keçib

Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Qələbə estafeti” Türkmənistandan Azərbaycana keçib
# 21 may 2015 02:21 (UTC +04:00)

DSX Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Böyük Vətən Müharibəsinin veteranları, sərhədçi veteranlar və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları öncə general-mayor Həzi Aslanovun məzarını ziyarət edərək abidəsinin önünə əklil qoyub, dövlət himni səsləndikdən sonra estafetin qəbul olunmasına həsr edilmiş mitinq keçirilib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov veteranları bayram münasibətilə təbrik edib, faşizm üzərində qələbədən 70 il keçsə də bu hadisənin tarixin yaddaşından heç zaman silinməyəcəyini bildirib, MDB məkanında keçirilən “Qələbə Estafeti”nin müstəqil respublikalar arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Azad Ələkbərov Azərbaycan xalqının faşizm üzərində tarixi qələbəyə böyük töhfə verdiyini qeyd edərək Ulu Öndər Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Tədbirdə çıxış edən veteranlar müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak etmələrindən danışıblar.

Tədbirin sonunda Qələbə Estafetinin rəmzi təntənəli şəkildə Türkmənistan nümayəndə heyətindən qəbul olunaraq xüsusi hazırlanmış avtomobildə Dövlət Sərhəd Xidməti Aparatına yola salınıb.

Qeyd edək ki, 2015-ci il, mayın 22-də Azərbaycan-Rusiya dövlət sərhədində “Qələbə Estafeti” Rusiya Federasiyasının nümayəndə heyətinə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR