Zaqatalada piyadanın ölümünə səbəb olan sürücü həbs olunub

Zaqatalada piyadanın ölümünə səbəb olan sürücü həbs olunub
# 19 aprel 2013 08:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən sürücü barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məluata görə, aprelin 17-də saat 21:30 radələrində Zaqatala şəhərində naməlum sürücü idarə etdiyi avtomobillə 1937-ci il təvəllüdlü Bakı şəhər sakini Telman Qarəhmədovu vuraraq hadisə yerindən qaçıb, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Niva” markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Həmzət Həsənov tutulub.

H.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR