Azərbaycan paytaxtında baş verən növbəti avtobus qəzasında xəsarət alanların bəzilərinin adı açıqlanıb

Azərbaycan paytaxtında baş verən növbəti avtobus qəzasında xəsarət alanların bəzilərinin adı açıqlanıb
# 18 aprel 2013 15:56 (UTC +04:00)

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 11 yaralı xəstəxanaya yerləşdirilib, dörd nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Qəza nəticəsində xəsarət alanlar 23 yaşlı Göyçək Dadaşova, 21 yaşlı Gülxar Dadaşova, 52 yaşlı Elvira Dadaşova Respublika Klinik xəstəxanasına, 32 yaşlı Elçin Məmmədov Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna, Elvin Pərviz oğlu Əkbərov Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Bundan başqa 41 yaşlı Mərtəbə Şahvələdova, 43 yaşlı Elmira Kərimova və 33 yaşlı İfadə Kərimova xəsarət alıblar.

Digər yaralıların isə adları hələ dəqiqləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR