Bakı. Şəhriyar Əlizadə - APA. Daxili Qoşunların (DQ) komandanı Şahin Məmmədov "N" saylı hərbi hissədə xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşüb.
DQ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Ş. Məmmədov Daxili Qoşunların qarşısında duran vəzifələr haqqında məlumat verib, xidmətə məsuliyyətlə yanaşmağı tövsiyə edib, onların məişət şəraiti, sağlamlığı, qidalanmanın keyfiyyəti ilə maraqlanıb.