Qəbələdə ticarət mərkəzi yanıb

Qəbələdə ticarət mərkəzi yanıb
# 08 iyul 2015 07:12 (UTC +04:00)

Bakı - APA. Qəbələ rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR