Ekoloji qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər 58800 manat cərimələnib

Ekoloji qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər 58800 manat cərimələnib
# 18 sentyabr 2015 09:35 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 56 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 49 iş üzrə 58 min 800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 400.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 265 iş üzrə 29 min 926.42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 4, icra qurumlarına 27 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR