Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 08 noyabr 2014 07:18 (UTC +04:00)

Bakı – APA. Noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kursu keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR