Samux sakini ağacdan yıxılaraq xəsarət alıb

Samux sakini ağacdan yıxılaraq xəsarət alıb
# 08 iyun 2016 21:06 (UTC +04:00)

Samux. Azər Məmmədli- APA. Samuxda qadın ağacdan yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 1958-ci il təvəllüdlü Nahidə Hüseynova həyətində olan ağacda meyvə yığarkən ehtiyatsızlıq edərək yerə yıxılıb.

O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sol tərəfli qabırğaların sınığı diaqnozu qoyulan qadının vəziyyəti orta ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR