Vyetnam prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Vyetnam prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
# 14 may 2015 13:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda rəsmi səfərdə olan Vyetnam prezidenti Çıonq Tan Şanq Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR