Yanvar-mart aylarında yol-nəqliyyat kompleksinə 270 mln. manat investisiya yatırılıb

Yanvar-mart aylarında yol-nəqliyyat kompleksinə 270 mln. manat investisiya yatırılıb
# 10 aprel 2015 19:37 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin I rübü ərzində Azərbaycanın yol-nəqliyyat kompleksinə 270 mln. manat həcmində investisiya yatırılıb.

APA-Economics” xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir qeyd edib edib ki, hesabat dövründə adıçəkilən kompleks üzrə 34 mln. ton yük və 372 mln. nəfər sərnişin daşınıb.

“Limanlarda 2,8 milyon ton həcmində yüklənmə-boşaltma əməliyyatları yerinə yetirilib. Yeni Bakı Beynəlxalq Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilib. Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 mln. ton, o cümlədən cari ilin birini rübü ərzində 492 min ton yük aşırılıb”, - deyə Z. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ilin əvvəlindən dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yerləşdirilməsi məqsədilə ötən il 1 ədəd tanker, 1 ədəd quru yük gəmisi, 1 ədəd yedək gəmisi, 1 ədəd üzən tərsanə alınıb: “Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR