Talış meşələri quraqlığa məruz qalıb - FOTO - VİDEO

Talış meşələri quraqlığa məruz qalıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 avqust 2014 14:58 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Respublikanın cənub bölgəsində may ayından bəri davam edən quraqlıq təkcə kənd təsərrüfatı bitiklərinə deyil, özünəməxsus flora və faunası ilə məşhur olan Talış meşələrinə də təsirsiz ötüşməyib. APA-nın cənub bürosunun məlumatına görə, susuzluqdan əziyyət çəkən on hektarlarla meşə ərazisi tələf olmaq təhlükəsi ilə üzləşib. Mövcud vəziyyət bu cür davam edəcəyi təqdirdə meşə fonduna ciddi ziyan dəyməklə yanaşı, xəstəliklərin və ziyanvericilərin çoxalmasına səbəb ola bilər.

Lənkəran Dövlət Universitetinin dosenti, biologiya elmləri namizədi Balayar Şahbazovun sözlərinə görə, respublikanın cənub rayonlarında son 50 ildə avqust ayında bu cür quraqlıq hava şəraiti qeydə alınmayıb. Ən acınacaqlı vəziyyət isə adı Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş dəmirağacın quraqlığa məruz qalması faktıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR