Obama və Ərdoğan telefon danışığında Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə ediblər

Obama və Ərdoğan telefon danışığında Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə ediblər
# 27 mart 2015 00:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

“Liderlər Suriyanın mötədil müxalifətinin seçilmiş üzvlərinin təlimi və silahlandırılması proqramını müzakirə ediblər”, deyə açıqlamada bildirib. Tərəflər həmçinin əcnəbi silahlıların Suriyaya axınını müzakirə edib. Obama Türkiyənin 2 mln suriyalı qaçqını qəbul etdiyinə görə Ərdoğana təşəkkürünü bildirib.

“Liderlər həmçinin Yəmən və Ukraynadakı son hadisələri, İranın nüvə proqramına dair danışıqlar prosesini müzakirə ediblər, bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR