ATƏT nümayəndəsi: "Səfir Anjey Kaspşik helikopter vurulan yerdə olmayıb"

ATƏT nümayəndəsi: "Səfir Anjey Kaspşik helikopter vurulan yerdə olmayıb"
# 19 noyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. "Səfir Anjey Kaspşik helikopter vurulan yerdə olmayıb". Bunu APA-ya açıqlamasında ATƏT-in kommunikasiya və media ilə əlaqələr şöbəsinin əməkdaşı Mersiya Çauşeviç-Podziç (Mersiha Causevic Podzic) qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistan ordusuna məxsus hərbi helikopterin düşdüyü yerə baş çəkməsi barədə məlumatı şərh edərkən deyib.

ATƏT nümayəndəsi belə bir məlumat yaymadıqlarını bildirib: "Biz demişik ki, səfir Kaspşik regionun helikopter vurulan ərazisində olub. Heç vaxt deməmişik ki, o, məhz helikopterin düşdüyü yerdə olub. Biz bütün məlumatlarımızı həmişə öz saytımızda yerləşdiririk”.

Xatırladaq ki, "RİA Novosti" agentliyi M. Çauşeviç-Podziçə istinadən A. Kaspşikin helikopter vurulan yerə baş çəkməsi ilə bağlı xəbər yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR