Nigeriyada “Boko Haram” silahlıları şəhərə hücum edib, ölənlər var

Nigeriyada “Boko Haram” silahlıları şəhərə hücum edib, ölənlər var
# 29 oktyabr 2014 19:36 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, bir neçə nəfər qətlə yetirilib, yaşayış evləri yandırılıb.

Qeyd olunur ki, son illər “Boko Haram” terror qruplaşması faktiki olaraq Nigeriya hökumətinə qarşı müharibə aparır, hüquq-mühafizə orqanları əməkdaşları, dini icma rəhbərləri və dinc sakinlərə hücum edir.

Son 5 ildə Nigeriyada 10 min insan terrorçuların qurbanı olub. Hərbi əməliyyatlar nəticəsində isə 700 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR