Alman mətbuatı: “İkili standartlar ABŞ-ın güclü dövlət obrazını darmadağın edib” - VİDEO

Alman mətbuatı: “İkili standartlar ABŞ-ın güclü dövlət obrazını darmadağın edib” - <span style="color: red;">VİDEO
# 11 aprel 2015 13:22 (UTC +04:00)

Bakı-APA. “ABŞ-ın dünyanın ən güclü dövləti obrazının dağılması Suriyadan başladı, Ukraynada davam etdi. ABŞ-ın imicinə növbəti zərbə Yəməndə dəyəcək”. APA TV-nin məlumatına görə, bu fikirlər Almaniyanın Deutsche Wirtschafts Nachrichten nəşrində dərc olunan məqalədə yer alıb.


Müəllif qeyd edir ki, prezident Obama öz generallarının təzyiqi altında Suriyaya hərbi zərbələr endirmək planından son anda imtina etməli oldu: “Amerikalı generallar sürətli və asan qələbələr adət ediblər, uzun müddət davam edəcək və çoxlu maliyyə aparacaq müharibələrə baş qoşmaq istəmirlər. Vaşinqton Suriya münaqişəsində Moskvanın aşkar uğurundan hələ də özünə gələ bilmir. Rusiyaya qarşı başlanan yeni soyuq müharibə amerikalılara özlərinə güvənc hissindən başqa heç nə vermədi. Kremlə sanksiyalar vasitəsilə təzyiq siyasəti həm Avropa İttifaqı daxilində, həm də Avropa ölkələrinin öz arasında parçalanmaya səbəb oldu. ABŞ Çinlə qarşıdurmada daha böyük məğlubiyyətə uğradı, bu ölkənin müttəfiq saydığı dövlətlər Asiya İnfrastruktur İnvestisiyaları Bankına qoşulmağa qərar verdilər”.

Müəllif qeyd edir ki, Birləşmiş Ştatların öz daxilində də ziddiyyətlər artmaqdadır: “Administrasiyaya qarşı ikiüzlü siyasət yürütməklə bağlı ittihamlar artır. İttihamın müəllifləri deyir ki, özünü dünyanın ən güclü dövləti hesab edən ölkədə varlılarla kasıblar arasında bu qədər uçurum ola bilməz. Bu uçurumu ört-basdır etmək üçün kosmetik işlər görülür, lakin yaradılan yeni iş yerlərinin hamısı aşağı maaşlı işlərdir. Neftin qiymətinin düşməsi ilə əlaqədar Amerikada yüksək maaş alan minlərlə fəhlə ixtisara olunub”.

Məqalədə qeyd olunur ki, ABŞ-da vətəndaş hüquqları da eroziyaya məruz qalıb: “Artıq 14 ildir davam edən antiterror kampaniyası prezidentlərin səhnəyə çıxdığı monotamaşaları xatırladır və terrorizmə qarşı mübarizədən seçkilərdə qalib gəlmək üçün istifadə olunur”.

Müəllif bildirir ki, Vaşinqton Yəməndə öz qurduğu tələyə özü düşəcək: “Səudiyyə Ərəbistanının Yəmənə hava hücumlarını nə ABŞ, nə Avropa İttifaqı pisləmədi. Ənənəvi “Qərb dəyərləri” bir saatın içərisində “təhlükəsizlik maraqlarının qorunması”nın qurbanı oldu və Qərbin bütün siyasəti ikili standart siyasətinə çevrildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR