OPEC prezidenti zaminə buraxılıb- YENİLƏNİB-1 - VİDEO

OPEC prezidenti zaminə buraxılıb- <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 03 oktyabr 2015 02:35 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə TVC News telekanalı xəbər yayıb.

Məlumata əsasən, OPEC prezidentinin pasportu götürülüb, ona Böyük Britaniyanın ərazisini tərk etmək qadağan edilib.

“Daily Post Nigeria” qəzeti isə Diezani Allison-Maduekenin Nigeriyanın paytaxtı Abucadakı evinin hüquq-mühafizə orqanları tərəfindən möhürləndiyini bildirib.

***

03:20

Bakı-APA. Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi OPEC prezidenti Diezani Allison-Madueke saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Agentlik Diezani Allison-Madueke barədə yayılan məlumatları nə təsdiq, nə də ki təkzib edib.

Bundan əvvəl, rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanılan OPEC prezidenti ilə yanaşı daha dörd nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.

“Təəssüf ki, biz saxlanılan şəxslərin adlarını açıqlaya bilmərik. Bu səbəbdən biz yayılan məlumatı nə təsdiq, nə də ki təkzib edə bilərik”, deyə Agentliyin rəsmisi bildirib

Britaniya KİV-ləri OPEC prezidentini Nigeriyaya ekstradisiya olunmasını istisna etmirlər. Ölkənin hazırkı prezidenti Məhəmməd Buhari ölkənin neft sənayesində korrupsiyanın kökünü kəsmək niyyətində olduğunu bəyan etmişdi.

Qeyd edək ki, OPEC prezidenti vəzifəsinə seçilməmişdən əvvəl D. Allison-Madueke keçmiş prezident Qudlak Conatanın administrasiyasında Nigeriyanın neft resursları naziri vəzifəsində çalışıb. 2014-cü il in noyabrından 2015-ci ilin may ayınadək eyni zamanda nazir və OPEC prezidenti postunu tutub. M.Buhari hakimiyyətə gələndən sonra isə D. Allison-Madueke nazir vəzifəsindən istefa verib.

***

00:52

Bakı-APA. Nigeriyan keçmiş Neft naziri, hazırda OPEC prezidenti vəzifəsini tutan Diezani Allison-Madueke Londonda saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.

OPEC prezidentinin nədə ittiham olunduğu hələlik məlum deyil. Nigeriya mətbuatı Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib. Bununla belə Britaniya polisi faktı təsdiq etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR