Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq

Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq
# 14 mart 2013 01:58 (UTC +04:00)

Bakı-APA. Pxenyan kütləvi qırğın silahlarının yayılması rejimini pozduğuna görə Avropa Birliyi Şimali Koreyaya qarşı yeni sanksiyalar paketini hazırlayıb. Bu barədə Avropa Birliyi diplomatiyasının başçısı Ketrin Eşton məlumat verib.

«Biz Şimali Koreyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlamışıq. Bura KXDR-ə ballistik raketlərin əsas komponentlərinin satışı və verilməsinin, bu ölkəylə adi silahlarla ticarətin, həmçinin Şimali Koreya Mərkəzi bankı və digər dövlət institutları ilə bəzi əməliyyatların qadağan olunması daxildir», deyə Eşton bildirib.

Koreya Xalq-Demokratik Respublikasına qarşı sanksiyalar bu ölkənin ötən ay nüvə sınağı keçirməsindən sonra gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR