Qahirədə nümayişçilərlə polis arasında toqquşma baş verib

Qahirədə nümayişçilərlə polis arasında toqquşma baş verib
# 04 dekabr 2012 22:09 (UTC +04:00)

Bakı-APA. Qahirədə polis nümayişçilərlə toqquşma zamanı gözyaşardıcı qazdan istifadə edib.

APA-nın verdiyi xəbərə görə, etiraz aksiyası prezident sarayı yaxınlığında keçirilirdi. Etirazçıların bir qrupu tikanlı məftildən sipəri yararaq prezident sarayına daxil olmağa cəhd edib.

Qeyd edək ki, Misirdə etiraz dalğası Mursinin özünə fövqəladə səlahiyyətin verilməsi barədə fərmanı imzalamasından sonra başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR