Azərbaycanda iri məişət texnikası mağazalarından biri "Elektron Hökumət" portalına qoşulub

Azərbaycanda iri məişət texnikası mağazalarından biri "Elektron Hökumət" portalına qoşulub
# 29 avqust 2015 12:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda iri məişət texnikası mağazalarından biri "Baku Elektronics" "Elektron Hökumət" portalına qoşulub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq məişət texnikasını "Baku Elektronics" dən kredit yolu ilə almaq üçün "Elektron Hökumət" portalından yararlanmaq mümkündür.

Belə ki, müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə şirkətin mağazalarına yaxınlaşaraq iş yerindən, yaşayış üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə biləcəklər. İlkin mərhələdə elektron arayışların tətbiqi şirkətin "Azadlıq”, "İnşaatçılar”, "Qara Qarayev”, "Əhmədli” və "Sumqayıt” filiallarında nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR