Masallıda yaşayış evində yanğın olub

Masallıda yaşayış evində yanğın olub
# 17 dekabr 2012 10:09 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Qızılağac kənd sakini, 1966-cı il təvəllüdlü Arif Fəyyaz oğlu İbrahimova məxsus ümumi sahəsi 75 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti ilə iki yanğınsöndürən maşını səfərbər olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, birmərtəbəli iki otaqlı evin 1 otağı içərisindəki əşyalarla və dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğının elektrik naqillərinin qısaqapanması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR