Kaliforniyadakı Berkli Universitetində muğam konserti keçirilib  - FOTO

Kaliforniyadakı Berkli Universitetində muğam konserti keçirilib  - <span style="color: red;">FOTO
# 15 fevral 2013 08:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə fevralın 11-də ABŞ-ın tanınmış Berkli Universitetinin Musiqi Fakültəsində muğam konserti keçirilib. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, instrumental sənətkarlar İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımovun (nağara) ifa etdikləri Çahargah, Bayatı-Şiraz, Mahur, Şur, Şahnaz, Segah və digər Azərbaycan muğamları tamaşaçıları riqqətə gətirərək onların sürəkli və ayaqüstü alqışları ilə qarşılanıb.

Konsertdə Berkli Universitetinin professor və tələbə heyəti, bir sıra digər qonşu universitetlərdə çalışan musiqişünaslar və peşəkar musiqiçilər iştirak edib.

Qeyd edək ki, muğam triosu növbəti gün Stanford Universitetində də geniş konsert proqramı ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR